Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Bakı şəhərində çoxmənzilli binaların dam örtüyünün təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən 380 çoxmənzilli binanın dam örtüyünün təmiri məqsədilə Prezidentin Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 10 milyon manat vəsait ayrılıb.