“Hədəf” artıq efirdə!

“Hədəf” artıq efirdə!

18 Sentyabr, 14:36 Sosial mediada paylaşın:

Azərbaycan Televiziyası yeni mövsümə yeni layihələr və yeni studiyalarla başlayıb. 
Ötən gün yeni layihələrdən biri - "Hədəf"in ilk buraxılışı təqdim olunub. Yeni və müasir  standartlara uyğun studiyadan təqdim olunan proqramın aparıcısı, politoloq Tofiq Abbasov millət vəkili Cavanşir Feyziyev və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyevlə "Beynəlxalq inteqrasiya və Azərbaycan" mövzusu ətrafında müzakirə aparıblar. Azərbaycanın qlobal inteqrasiya prosesinin fəal üzvü kimi rolu təhlil olunub.

Proqramda həmçinin "Əsrin müqaviləsi"nin son 25 ildə Azərbaycan iqtisadiyyatına qazandırdığı nailiyyətlər, ölkəmizdə həyata keçirilən  uğurlu enerji siyasəti və mümkün perspektivlər müzakirə olunub.

CANLI YAYIM