UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünə start verilib. Qrup mərhələsinin ilk oyunları F və G qruplarında oynanılıb.
F qrupunda yer alan İtaliyanın “İnter” klubu öz meydanında Çexiyanın “Slaviya Praqa” komandasını qəbul edib. Görüş 1:1 hesabı ilə başa çatıb. Oyunda hesabı qonaqlar 63-cü dəqiqədə Peter Olayinka sayəsində vurub. Oyunun əsas vaxtına əlavə olunmuş dəqiqələrdə italyanlar hesabı bərabərləşdirməyə nail olub. Matçın 94-cü dəqiqəsində Nikolo Borella fərqlənib.
Eyni hesab Fransada da qeydə alınıb. G qrupunda yer alan “Lion” doğma azarkeşlər önündə Rusiyanın “Zenit” komandasını qəbul edib. Hesabda 41-ci dəqiqədə Sərdar Azmunun qolu sayəsində irəli olan rusiyalılar matçın 50-ci dəqiqəsində hesabı qoruya bioməyiblər. Menfis Depay adını tabloya yazdırıb - 1:1.