Mədəniyyət xadimlərinə fəxri adlar və medallar verilib

Mədəniyyət xadimlərinə fəxri adlar və medallar verilib

17 Sentyabr, 18:52 Sosial mediada paylaşın:

Prezident İlham Əliyevin bu gün imzaladığı Sərəncama əsasən bir sıra mədəniyyət xadimləri fəxri adlara və “Tərəqqi” medalına layiq görülüblər.

Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib:

 

“Xalq artisti”

Allahverdiyev Vasif Kərim oğlu

Fərəcov Sərdar Fərəculla oğlu

 

“Əməkdar incəsənət xadimi”

Xalıqzadə Fəttah Xalıq oğlu

Rəcəbov Oqtay Məmmədağa oğlu

 

“Əməkdar artist”

Butenko İqor Leonidoviç

Pyatkin Nikolay Aleksandroviç

 

 “Əməkdar müəllim”

Göyçayskaya Səidə Oqtay qızı

Hüseynova Rüxsarə Hüseyn qızı

Yaqubova Nazilə Mir Teymur qızı.

 

Bununla yanaşı, Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif olunub:

 

Dadaşova Natalya Konstantinovna

Hüseynova Sevda Əli qızı

Məmmədov Nüsrət Cəfər oğlu

Məmmədova Aliyə Tariyel qızı

Zahid Azad Vasif oğlu.

CANLI YAYIM