Azərbaycan Radiosunda Bədii Şura yaradılıb

Azərbaycan Radiosunda Bədii Şura yaradılıb

17 Sentyabr, 12:21 Sosial mediada paylaşın:

“Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) nəzdində Azərbaycan Radiosunda Bədii Şura yaradılıb.
Bədii Şuranın tərkibi də artıq müəyyən olunub:
1. Rəşad Nəsirov - AzTV–nin sədr müavini
2. İlham Rəhimli – “Mədəniyyət” kanalının direktorunun müavini
3. Eldost Bayramov – Diktor
4. Ələmdar Quluzadə - “Uşaq verilişləri” redaksiyasının baş redaktoru
5. Şəfəq Əlixanlı – “Ədəbiyyat və İncəsənət” redaksiyasının baş redaktoru
6. Qorxmaz Şıxalıyev - “Səhər” redaksiyasının baş redaktor müavini
7. Rövşən Ramazanlı – “Xəbərlər” redaksiyasının baş redaktor müavini.
Xatırladaq ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, AzTV QSC-də artıq 8 aydır ki, TV sahəsində Bədii Şura fəaliyyət göstərir. Şura hər ay iki dəfə toplanır və müzakirələr aparır. Radioda yaradılan bədii şura isə iki aydan bir olmaqla toplanacaq və Azərbaycan Radiosunda yayımlanacaq musiqi və verilişlərin keyfiyyətinə nəzarət edəcək.
Qeyd edək ki, QSC-də yeni mövsümdə bir sıra yeniliklər həyata keçiriləcək.

 

CANLI YAYIM