“Bizi birləşdirən mədəniyyət” ANONS

“Bizi birləşdirən mədəniyyət” ANONS

16 Sentyabr, 12:14 Sosial mediada paylaşın:

"Mədəniyyət" kanalı əməkdar artist Ramil Qasımovun aparıcılığı ilə yeni layihəyə start verir - "BİZİ BİRLƏŞDİRƏN MƏDƏNİYYƏT". Veriliş həftədə bir dəfə şənbə günləri efirdə yayımlanacaq.

Kanalının direktoru Ramil Qasımovun məlumatına görə veriliş "Mədəniyyət" kanalı, və Mədəniyyət Nazirliyinin birgə layihəsi əsasında hazırlanır. Verilişin əsas mövzusu ölkəmizdə mədəniyyətin inkişafı və təbliği eyni zamanda zəngin mədəni tariximizi, əsrlərdən süzülüb gələrək bu günümüzə çatmış qədim milli-mənəvi dəyərlərimizi, tarixdə iz qoymuş sənətkarlarımızı, müasir dövrdə formalaşan, yetişən istedadlı gənclərimizi xalqımıza və dünyaya tanıtdırmaqdır. Əlbəttə ki, bütün bu işlərdə ölkəmizin, ölkə rəhbərliyinin mədəniyyətə göstərdiyi diqqət və qayğı danılmazdır. Verilişdə, həmçinin, qarşıda duran vacib məsələlər haqqında müzakirələri aparılacaq.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrın binasında hazırlanan verilişin ilk qonağı, Respublikanın Mədəniyət naziri, Əbülfəs Qarayev olacaq. Verilişə 18 sentyabr saat 21:30-da “Mədəniyyət” kanalının efirində baxa bilərsiniz.

CANLI YAYIM