“Liverpul”dan qələbə, "Mançester Siti"dən məğlubiyyət

14 Sentyabr, 23:24 Sosial mediada paylaşın:

Sentyabrın 14-də futbol üzrə İngiltərə Premyer Liqasının beşinci turunda maraqla gözlənilən qarşılaşmalardan biri Liverpulda keçirilib.

Turnir cədvəlinin lideri “Liverpul” komandası “Nyukasl Yunayted”i qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 3:1. Qolları qonaq komandanın qapısına Sadio Mane (2) və Məhəmməd Salah vurub.

“Liverpul” çempionatda ardıcıl beşinci qələbəsini qazanıb. Beş oyundan 15 xal toplayan liverpullular turnir cədvəlinin yeganə lideridir. Sonrakı iki yeri 10 xalla “Mançester Siti” və 8 xalla “Tottenhem” klubları tutur.

“Norviç siti” ilə səfər oyunu keçirən “Mançester Siti” qapısından 3 top buraxıb və yalnız ikisinin əvəzini çıxa bilib.