Aya və Marsa bu balonlarda uçacaqlar

Aya və Marsa bu balonlarda uçacaqlar

14 Sentyabr, 21:17 Sosial mediada paylaşın:

ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyi (NASA) Nevada ştatının Las-Veqas rayonunda Aya və Marsa uçuşlarda istifadə olunacaq “Bigelow Aerospace B330” hava doldurulmuş balon modulları sınaqdan keçirib.

İki həftə davam edəcək sınaqlarda səkkiz astronavt modulun istifadə imkanlarını yoxlayacaq. Kosmik modulların ilk variantı 3 il əvvəl hazırlanıb 2016-cı ildə “Bigelow” şirkəti NASA-nın digər strukturları ilə birlikdə kosmosda yaşayış üçün nəzərdə tutulan bölmələrin yerüstü sınaqlarını həyata keçirib. NASA-nın keçmiş astronavtı Naykl Hernhartdın sözlərinə görə, indiki proqramın məqsədi daha rahat modulun ən yaxşı layihəsini müəyyən etmək yox, astronavtların yaşayışı üçün münasib olan sadə variantın seçilməsidir. “Bizim rəylərimiz əsasında kosmik uçuşlarda istifadə olunacaq ən yaxşı modullar hazırlanacaq”, deyə astronavt vurğulayıb.

NASA-nın mütəxəssisləri bildiriblər ki, hava doldurulmuş balon modul özünün müstəqil fəaliyyəti və mühərriki olacaq avtonom qurğu kimi nəzərdə tutulub. Onun həcmi 330 kubmetrdir ki, bu da hazırda astronavtların yaşadıqları və ümumi sahəsi 930 kubmetr olan Beynəlxalq Kosmik Stansiyadan üç dəfə kiçikdir. Yeni modulda beş ekipaj üzvünün yaşaması planlaşdırılıb. Onu cəmi 5 metr ölçüsü olan kompakt konteynerdə kosmosa çatdıracaq və sonra modulun seksiyalarını qazla şişirəcəklər.

“Bigelow” şirkəti ümid edir ki, NASA bu moduldan 2022-ci ildə “Lunar Orbital Gateway” Ayətrafı bazanın yaradılmasında istifadə edəcək. Stansiyadan təkcə Ayın orbitində tədqiqatlar üçün yox, həm də Yerin təbii peykinin səthində aparılacaq işlər üçün istifadə edəcəklər.

CANLI YAYIM