Aleksandr Lukaşenkonun Azərbaycana işgüzar səfəri başa çatıb

Aleksandr Lukaşenkonun Azərbaycana işgüzar səfəri başa çatıb

15 Aprel, 10:00 Sosial mediada paylaşın:

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycan Respublikasına işgüzar səfəri aprelin 14-də başa çatıb.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Belarus Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Belarus Prezidenti Aleksandr Lukaşenkonu Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola salıblar.

CANLI YAYIM