Prezident: “Ermənilər bizi yaxşı tanımayıblar”

Prezident: “Ermənilər bizi yaxşı tanımayıblar”

13 Aprel, 16:10 Sosial mediada paylaşın:

“Qarabağ mövzusu həmişə ölkənin bütün gündəliklərində olub. Mənim bütün beynəlxalq tədbirlərdəki çıxışlarımda Dağlıq Qarabağ məsələsi hər zaman prioritet olub. İndiki Azərbaycan həqiqətən də yeni Azərbaycandır”.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransdakı çıxışında söyləyib.

Dövlətimizin başçısı deyib ki, ermənilər bizi yaxşı tanımayıblar:”Onlar elə bildilər ki, bizimlə 1992-ci ildəki döyüşü aparacaqlar. Lakin Azərbaycan fərqlidir, xalq fərqlidir, cəmiyyət fərqlidir. Onlar düşündülər ki, zaman keçəcək və hər kəs yorulacaq, keç kim müharibə istəmir. Bəzən beynəlxalq mediada belə bir spekulyasiya var idi”.

Prezident İlham Əliyev Azərbaycanın çoxmillətli ölkə olduğunu, Vətən müharibəsi zamanı bütün etnik qruplardan olan insanların son damla qanlarınadək vuruşduqlarını vurğulayıb.

CANLI YAYIM