Ölkəmizdə vaksinasiyadan keçənlərin sayı açıqlanıb

Ölkəmizdə vaksinasiyadan keçənlərin sayı açıqlanıb

10 Aprel, 18:07 Sosial mediada paylaşın:

Azərbaycan Respublikasında daha 41 min 827 nəfər yeni koronavirus (COVID-19) infeksiyasına qarşı peyvənd olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 32 min 886, ikinci mərhələ üzrə peyvənd vurulanların sayı 8941 nəfər olub. Hazırkı dövrədək ölkəmizdə vurulan vaksinlərin sayı 1 milyon 153 min 549-a bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 739 min 319, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 414 min 230 nəfərdir.

CANLI YAYIM