2019-cu ilin yaz və növbədənkənar sessiyaları ərzində Milli Məclisin İnsan Hüquqları Komitəsinə ümumilikdə 800 ərizə və şikayət məktubu daxil olub.
Komitənin sədri, Milli Məclis sədrinin müavini Bahar Muradova bu barədə məlumat verib. Müraciətlərdən 180-nə izahat verilib, 620-i isə baxılmaq üçün müvafiq instansiyalara göndərilib. Müraciətlərin 236-ı xüsusi nəzarətə alınıb. 18 qanun layihəsi müzakirə edilib, 16 qanun qanunvericilik təşəbbüsü ilə Milli Məclisin plenar iclasına tövsiyə olunub.
İnsan Hüquqları Komitəsinin iclasında payız sessiyası dövrünə aid iş planı da təsdiqlənib.
İlkin olaraq 5 qanun layihəsi - “Məişət zorakılığının qarşısının alınması”, “Sosial xidmətlər”, “Dağınız skleroz xəstəliyənə tutulmuş şəxslərə dövlət qayğısı”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi” və “Peşə təhsili haqqında” qanun layihələrinə təklif edilən dəyişikliklər müzakirə olunub. Dəyişikliklər baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.