Xocasən qəsəbəsində 1500-dək ağac əkilib

Xocasən qəsəbəsində 1500-dək ağac əkilib

8 Aprel, 14:20 Sosial mediada paylaşın:

IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Yaşıl Marafon” çərçivəsində növbəti ağacəkmə aksiyasına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də qoşulub.

Sözügedən Nazirliyin əməkdaşları, DOST könüllüləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, IDEA İctimai Birliyinin əməkdaşları tərəfindən Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində 2 hektar ərazidə 1500-dək ağac əkilib. Layihənin məqsədi yaşıllıq sahələrini artırmaq, ətraf mühitin mühafizəsinə, ölkəmizin flora biomüxtəlifliyinin artırılmasına dəstək olmaqdır.

CANLI YAYIM