Türkiyənin hərbi təyyarəsi qəzaya düşüb, pilot həlak olub - Zakir Həsənov başsağlığı verdi

Türkiyənin hərbi təyyarəsi qəzaya düşüb, pilot həlak olub - Zakir Həsənov başsağlığı verdi

7 Aprel, 17:10 Sosial mediada paylaşın:

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb.

Başsağlığında deyilir: “Qardaş Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbi təyyarənin Konya şəhərində qəzaya uğraması nəticəsində pilotun həlak olması xəbəri məni çox kədərləndirdi.

Sizin acınız bizim də acımızdır.

Şəhid hərbi qulluqçuya rəhmət diləyir, onun yaxınlarının dərdinə şərik olur, ailəsinə dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin”.

CANLI YAYIM