Qubadlıda hərbi hissə fəaliyyətə başlayıb

Qubadlıda hərbi hissə fəaliyyətə başlayıb

7 Aprel, 12:20 Sosial mediada paylaşın:

Qubadlı rayonu ərazisində Ermənistanla dövlət sərhədində növbəti hərbi hissə xidməti-döyüş fəaliyyətinə başlayıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin məlumatına görə, hərbi hissə inzibati bina və təlim mərkəzi, eləcə də şəxsi heyətin iş otaqları, kazarma və yeməkxana, təlim sinifləri, hamam-camaşırxana kompleksi, anbar, silah və texniki vasitələr, avtomobil texnikası ilə təchiz olunub. Kompleks daimi su, elektrik enerjisi və digər zəruri avadanlıqla təmin edilib. Geniş imkanlara malik təlim mərkəzi müxtəlif cür atıcı silahlar, minamyot qurğuları, zirehli texnikalardan atışların keçirilməsinə və nəticələrin qiymətləndirilməsinə, bölmələrin döyüş hazırlığının yüksəldilməsinə şərait yaradır. Təlim mərkəzinin atış poliqonunda zirehli texnikalar, atıcı silahlar, minaatan və zenit qurğularından təlim atışları yerinə yetirilib.

CANLI YAYIM