“Yaşıl marafon” çərçivəsində daha 1000 ağac əkildi

“Yaşıl marafon” çərçivəsində daha 1000 ağac əkildi

6 Aprel, 17:18 Sosial mediada paylaşın:

IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Ümumrespublika Yaşıllaşdırma Marafonu” davam edir. Bu dəfə marafona astaralılar qoşulub. Könüllü gənclərin iştirakı ilə ərazinin torpaq-iqlim şəraitinə uyğun  min ədəd müxtəlif cinsli ağac əkilib.

Ağacəkmə aksiyasının əsas və ən fəal iştriakçıları gənc könüllülər olub. Onlar bu işə həvəslə qoşulublar. Məqsədləri yaşıllıqların artırılmasına, ekoloji vəziyyətin yaxşılaşdırılmasına yaxından dəstək verməkdir. Bu aksiya eyni zamanda iqlim dəyişmələri ilə bağlı təsirlərin minimuma endirilməsində də əvəzsiz rol oynayır.

Bu nəcib təşəbbüsə İDEA və Eko könüllüləri ilə yanaşı, Daxili İşlər Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Dövlət Gömrük Komitəsinin yerli qurumlarının əməkdaşları da qoşulublar.

“Yaşıl marafon” çərçivəsində ağac əkini işğaldan azad olunan torpaqlarımızda da davam etdiriləcək.

Marafon çərçivəsində ölkənin bütün regionlarını əhatə etməklə 1 milyon ağac əkilməsi nəzərdə tutulub.

CANLI YAYIM