Azərbaycana “AstraZeneca” tərəfindən istehsal olunan 84 min doza COVID-19 peyvəndi gətirilib

Azərbaycana “AstraZeneca” tərəfindən istehsal olunan 84 min doza COVID-19 peyvəndi gətirilib

4 Aprel, 11:16 Sosial mediada paylaşın:

Aprelin 4-də COVAX platforması vasitəsilə Koreya Respublikasından ölkəmizə COVID-19 vaksinlərin ilk partiyası gətirilib. “AztraZeneca” şirkətinin istehsal etdiyi 84 min doza peyvəndini daşıyan təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanında eniş edib.

Vaksini gətirən təyyarəni BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam M. İshaqzai, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, UNICEF-in (BMT-nin Uşaq Fondu) ölkəmizdəki nümayəndəliyinin rəhbəri Edvard Karvardin, səhiyyə nazirinin müavini Viktor Qasımov və digər rəsmilər qarşılayıb.

CANLI YAYIM