Türkiyənin Kocaeli vilayətində Azərbaycan-Türkiyə qardaşlıq meşəsi salınıb

Türkiyənin Kocaeli vilayətində Azərbaycan-Türkiyə qardaşlıq meşəsi salınıb

3 Aprel, 13:00 Sosial mediada paylaşın:

Türkiyənin Kocaeli vilayətində Azərbaycan-Türkiyə qardaşlıq meşəsi salınıb.

Yaşıllıq massivi Kocaelinin Başiskele Bələdiyyəsinin ərazisində yaradılır. Ərazidə ilk ağac tinglərinin əkilməsi mərasimində ölkəmizin İstanbuldakı baş konsulluğunun, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının, Milliyyətçi Hərəkat Partiyasının, bələdiyyələrin, Azərbaycan-Türkiyə dərnəklərinin nümayəndələri iştirak ediblər.

Çıxış edənlər aksiyanı iki qardaş ölkə arasındaki tarixi bağların növbəti nümunəsi və dünyaya bir ismarıc olduğunu bildiriblər. Vurğulanıb ki, hər zaman olduğu kimi, Azərbaycanın şanlı Zəfərlə nəticələnən Qarabağ müharibəsində də qardaş Türkiyə onun yanında olduğunu bütün dünyaya bəyan etdi.

Ümumi sahəsi 60 min kvadratmetr olan qardaşlıq meşəsində 4573 ədəd müxtəlif növ ağacın əkilməsi nəzərdə tutulur.

CANLI YAYIM