Taxılçılıqla məşğul olan fermerlər payızlıq səpinə hazırlıq görürlər

Taxılçılıqla məşğul olan fermerlər payızlıq səpinə hazırlıq görürlər

13 Sentyabr, 12:33 Sosial mediada paylaşın:

Sahələr şumlanır, səpin texnikaları yoxlanılır, nasaz olanlar təmir edilir. Eyni zamanda, toxum ehtiyatı da yaradılır. Bu işdə fermerlərə toxum emalı müəssisələri dəstək olur. Ölkəmizdə hələlik iki belə müəssisə fəaliyyət göstərir; onlardan biri Şəkidədir.

Şəkidə bu ilin iyulunda fəaliyyətə başlayan taxıl emalı müəssisəsi hazırda səpinə hazırlaşan fermerləri keyfiyyətli, yerli iqlim şəraitinə və xəstəliklərə davamlı toxumla təmin edəcək. Fərdi toxumçuluq təsərrüfatlarında tədarük edilən toxumlar təmizlənir, qablaşdırılır, sertifikatlaşdırılır. Zavod saatda 5 ton məhsul emal etmək gücündədir.

Gələn xammal ən birinci, ələkdən keçərək, onun içində olan böyük çör-çöplər və içində olan tozlar,ovxantılar birinci ələkdən keçir,ikinci ələkdə boyca kiçik, qırıq olan xırda buğdalar və birinci ələyin gücü çatmayan bəzi preparatlar ikinci ələkdən keçir, üçüncü ələk diyircəkli trio ələkdir, həmin ələkdə isə artıq boyuna görə, əgər buğdanın içində arpa və vələmir varsa onlar ayrılır və xırda buğdalar tam ayrılaraq bu qravitə sistemə verilir.

Sonuncu – dördüncü mərhələdə isə buğda köynəyi və boş buğdalar təmizlənir. Bundan sonra toxum sürmə xəstəliyinə qarşı dərmanlanaraq kisələrə yığılır.

Stand up: Toxum emalı müəssisəsində 3 aylıq emal müddəti ərzində 4000-tona yaxın məhsul emal olunur. Burada emal olunan məhsul ətraf rayonlardan olan fermerlər tərəfindən sifariş verilir. Əvvəllər fermerlər toxumun təmizlənməsi, dərmanlanması və qablaçdırılmasına kustar üsullu və əlavə vaxt itkisinə yol verməklə həyata keçirilirdisə, hal-hazırda bu işlər avtomatlaşdırılmış qaydada həyata keçirilir.

Zavodda toxumun keyfiyyət və məhsuldarlıq parametrləri üzrə müayinə edilməsi üçün müasir standartlara uyğun laboratoriya quraşdırılıb.

Bu aparat özü hər şeyi qeyd edir, burda toxumun zülalı, nəmliliyi, dərəcəsi və yapışqanlılığını yoxlayırıq, sonrakı mərhələlərdə biz gələn nümunədən əlli qram götürüb, bu nümunənin üzərində işlərimizi davam etdiririk.

Fermerlərin emal prosesini onlayn rejimdə izləyib, toxumun təmizliyinə və keyfiyyətinə əmin olma imkanları var.

Zavoda müraciət edən fermerlərin qazancı nədir? Təmiz toxum əldə edirlər, hətta  zavodu evdə oturaraq elektron izləmə vasitəsi ilə bütün prosesləri izləyə bilərlər. Onlar üçün hec bir problem yoxdur. Yəni onlar maşının çəkisini, tərəzidə çəkilməsini, siloya tökülməsini, bunkerlərə vurulmasını, təmizlənmə prosesini evdən duraraq izləyə bilərlər.

Şəki Azərbaycanın əsas taxılçılıq rayonlarındandır. Bu il rayonda 67 min 731 hektar sahənin taxılı biçilib, 234 min 631 ton taxıl istehsal olunub. Məhsuldarlıq ötən ildəkindən 13,6 min ton çoxdur. Hazırda fermerlər növbəti ilin məhsulu üçün payızlıq səpinə hazırlaşır.

Bu zavod işə düşdükdən sonra, burada yüksək keyfiyyətli, kondisiyaya uyğun dərmanlanmış, hərtərəfli kolibrləşmiş toxum istehsal olunur. Yəni, bu toxumçuluğun ən yüksək səviyyədə intensiv inkişafı üçün ən yaxşı şərait yaradılıb.Gələcək məhsul üçün əsas bünövrədir bu.

Gələcəkdə zavodda toxumluq taxılla bərabər, digər dənli bitkilərin də keyfiyyətinin yoxlanılması və emalı nəzərdə tutulur.

CANLI YAYIM