Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyaları ən müasir cihazlarla təchiz edilib

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyaları ən müasir cihazlarla təchiz edilib

13 Sentyabr, 12:13 Sosial mediada paylaşın:

Laboratoriyalarda ölkədə istehsal edilən, idxal və ixrac olunan qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə müayinələri aparılır.

“ORQANİZM BÜTÖVLÜKDƏ VƏ HƏR BİR HÜCEYRƏ AYRILIQDA DÜNYANIN BÜTÜN AKADEMİYALARINDAN AĞILLI VƏ MÜDRİKDİR”. Abram Zalmanovun sözləridir. Çox maraqlıdır ki, bu ağıllı və müdrik mexanizmi - orqanizmi idarə edən əsas faktor qidadır. Sağlam qida… Bu gün ekoloji çirklənmə, geni modifikasiya olunmuş məhsullar fonunda dünyanın əsas trendi məhz sağlam qidalanmadır. Elə Azərbaycanın dövlət siyasətinin əsasını da bu təşkil edir: əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi.

Ölkəmizdə istehsal edilən, idxal və ixrac olunan qida məhsullarının keyfiyyəti Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarında yoxlanılır. Laboratoriyada həm qida məhsullarında mənşəyin təyini, həm də yem və yem məhsullarında geni modifikasiya olunmuş orqanimlərin təyini aparılır.

Müayinələr beynəlxalq tələblərə uyğun həyata keçirilir.  Laboratoriyada dünyanın qabaqcıl ölkələrində təcrübə keçmiş mütəxəssislər kimyaçılar, mikrobioloqlar, genetiklər fəaliyyət göstərir.

Avadanlıqlar isə dünyanın ən qabaqcıl texnologiyalarının tətbiqinə imkan verir. Məsələn, yaxın gələcəkdə laboratoriyada ən mürəkkəb sınaqlardan biri olan qida məhsullarında çirkləndiricilərin təyininin, eləcə də kompozit qablaşdırma materiallarında müayinələrin aparılması planlaşdırılır. Bundan başqa yemlərdə, bitki və heyvan mənşəli qidalarda geni dəyişdirilmiş orqanizmlərin təyini üçün laboratoriyaların yeni avadanlıqlarla təchiz edilməsi üzərində işlər davam etdirilir.

Laboratoriyalarda hal-hazırda Amerikanın və Avropanın qabaqcıl metodlarından isrtifadə edilir. Gün ərzində 100-dən çox nümunə daxil olur. Daxil olan nümunələrdə müxtəlif növ müayinələr həyata keçirilir.

 

Hazırda Kompleks Tədqiqatlar Laboratoriyası müxtəlif təyinatlı 6 bölmədən ibarətdir.

1. Baytarlıq preparatları bölməsi

2. Mikrobiologiya və molekulyar biologiya bölməsi

3.Aqrokimyəvi maddələr bölməsi

4.Qida və qida əlavələri bölməsi

5.Qablaşdırma maddə və materialları bölməsi

6.Normativ-texniki sənədlər bölməsi

Laboratoriyalara sahibkarlarla yanaşı vətəndaşlar da müraciət edə bilər. Belə ki, öz yediyi qidadan arxayın olmaq istəyən, yediyi qidanın tərkibini öyrənmək istəyən vətəndaşlar birbaşa olaraq AQTİ-nin laboratoriyalana müraciət edə və qidalarını analiz etdirə bilərlər.

Kompleks Tədqiqatlar Laboratoriyasında 60-a yaxın mütəxəssis çalışır. Onların hər biri yediyimiz qidanın təhlükəsizliyinin nəzarətçisidir. Bu, işdən, fəaliyyətdən daha çox məsuliyyət deməkdir. Əhalinin – mənim, sənin bizim, övladlarımızın sağlamlığının qorunması və təhlükəsiz qida ilə təmin edilməsinin məsuliyyəti…

 

 

CANLI YAYIM