Bakı-Sumqayıt-Bakı marşrutu ilə işləyən elektrik qatarlarının dövriyyəsi artırılır

Bakı-Sumqayıt-Bakı marşrutu ilə işləyən elektrik qatarlarının dövriyyəsi artırılır

13 Sentyabr, 12:00 Sosial mediada paylaşın:

Yeni dərs ilinin başlaması ilə əlaqədar sentyabrın 16-dan Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlinə dəyişiklik ediləcək. Yeni hərəkət cədvəlinə əsasən, Bakı-Sumqayıt-Bakı marşrutu ilə işləyən elektrik qatarlarının dövriyyəsi artırılır. Gün ərzində bu marşrutla 15 cüt elektrik qatarı hərəkətdə olacaq. Eləcə də, sosial sifarişlər nəzərə alınaraq, I növbədə oxuyan tələbələrin dərsdən sonra daşınması üçün saat 15:00-a qatar təyin edilir. Sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqonlar qatara qoşulan gün həyata keçirilir.

CANLI YAYIM