Türkiyədə terror: 4 ölü, 13 yaralı

12 Sentyabr, 23:33 Sosial mediada paylaşın:

Türkiyənin Diyarbəkir vilayətində Kulp və Muş şəhərləri arasındakı magistral yolda yerləşdirilən partlayıcı qurğunun işə düşməsi nəticəsində 4 nəfər ölüb, 13 nəfər yaralanıb.

Bu barədə Anadolu agentliyi məlumat yayıb. Məlumatda terrorun PKK tərəfindən törədildiyi bildirilir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan terrorçuların tapılması üçün bütün imkanların səfərbər ediləcəyini bildirib.