Ötən il Azərbaycanla Çexiyanın ticarət dövriyyəsinin həcmi 57 faiz artıb

Ötən il Azərbaycanla Çexiyanın ticarət dövriyyəsinin həcmi 57 faiz artıb

16 May, 16:19 Sosial mediada paylaşın:

Keçən il Azərbaycan ilə Çexiya arasında ticarət dövriyyəsinin həcmi 57 faiz artaraq 1 milyard ABŞ dollarını ötüb.

Bu barədə İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov mayın 16-da Bakıda keçirilən Azərbaycan-Çexiya biznes forumunda deyib.

Nazir müavini qeyd edib ki, Çexiya şirkətləri Azərbaycanda ümumi dəyəri 2,8 milyard dollarlıq layihələrdə iştirak ediblər. Çexiyanın Cənubi Qafqazdakı investisiya qoyuluşlarının 88 faizi Azərbaycanın payına düşür.

CANLI YAYIM