Azərbaycanda COVID-19-a sutkalıq yoluxma daha da artıb

Azərbaycanda COVID-19-a sutkalıq yoluxma daha da artıb

7 Mart, 14:33 Sosial mediada paylaşın:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 403 yeni yoluxma faktı qeydə alınıb,  127 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 236 768  nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 229 718  nəfər müalicə olunaraq sağalıb, 3 241 nəfər vəfat edib,  3 809 aktiv xəstə sayı  nəfərdir. Ölkədə son sutka ərzində 8 169, hazırkı dövrədək isə 2 653 375  test aparılıb.

CANLI YAYIM