Azərbaycan millisi Rusiya, İran və Qazaxıstan yığmaları ilə qarşılaşacaq

11 Sentyabr, 22:31 Sosial mediada paylaşın:

Futzal üzrə Azərbaycan milli komandası Rusiyanın Həştərxan şəhərində təşkil olunacaq “Caspian Cup 2019” beynəlxalq turnirində iştirak edəcək.

Sentyabrın 22-dən 25-dək keçiriləcək turnirdə millimiz Rusiya, İran və Qazaxıstan yığmaları ilə qarşılaşacaq.

Yığmamız sentyabrın 22-də Rusiya, ertəsi gün İran, ayın 25-də isə Qazaxıstan ilə qarşılaşacaq.