“Agent 001” Eduard Məmmədovu ittiham edəcək - Bu gün AzTV-də

“Agent 001” Eduard Məmmədovu ittiham edəcək - Bu gün AzTV-də

5 Mart, 12:00 Sosial mediada paylaşın:

Azərbaycan Televiziyasında yeni və fərqli formatda layihə başlayır.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, “Agent 001” adlı verilişin qonaqlarına ittihamlar irəli sürüləcək.

Layihənin qonağı statusundan asılı olmayaraq – deputat, idmançı, aşpaz, müğənni, aktyor və s. – hər kəs ola bilər.

AzTV-nin “agent”i həmin şəxslərdən bu vaxta kimi mövcud olan, lakin heç kimin dilə gətirmədiyi ittihamların cavabını istəyəcək.

“Agent 001”in ilk buraxılışının qonağı peşəkar kikboksçu, 25 qat dünya çempionu Eduard Məmmədovdur. O həmçinin polis polkovnik-leytenantıdır.

“Agent”in ittihamlarından biri də Eduardın məhz polis fəaliyyəti ilə bağlıdır. Belə ki, Eduardın polis olmasına baxmayaraq, bəzi idmançıların kimlərəsə şiddət göstərdiyinə göz yummasına dair iddialar var. Verilişdə ondan bu iddialarda nə qədər həqiqət payının olduğu soruşulacaq.

Bundan başqa, E.Məmmədov hələ də döyüşərək gənclərin karyerasının önünü kəsdiyi ilə bağlı fikirlərə də aydınlıq gətirəcək.

Verilişin ilk buraxılışı martın 5-i saat 21:30-da AzTV-də yayımlanacaq.

CANLI YAYIM