Müdafiə Nazirliyi ötən il şanlı ordumuz tərəfindən işğaldan azad edilən Füzuli rayonunun Yuxarı Rəfədinli kəndinin videogörüntülərini yayıb.
Qarabağ silsiləsinin ətəyində yerləşən Yuxarı Rəfədinli–Füzuli rayonunun inzibati ərazi vahidinə addir. Keçmiş adı Rəfədinli olub. Ondan yaranmış məntəqə Aşağı Rəfədinli, əvvəlki kənd isə Yuxarı Rəfədinli adlandırılıb. 1993-cü ildə Ermənistanın işğal etdiyi bu yaşayış məntəqəsi 22 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad olunub.