Bir qrup şəhid ailəsi və qaziyə mənzil verilib

Bir qrup şəhid ailəsi və qaziyə mənzil verilib

4 Mart, 16:30 Sosial mediada paylaşın:

Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların ailə üzvlərinin və müharibə iştirakçılarının sosial təminatı, onların rifahının yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir.

Bu gün Suraxanı rayonu Ramana qəsəbəsində daha bir qrup şəhid ailəsi və Qarabağ müharibəsi qazisinə mənzillər təqdim olunub. Bu gün verilən mənzil sayı 30-dur.

Mənzillərin təqdim olunması mərasimində iştirak edənlər şəhid ailələri və müharibə əlillərinə dövlətin diqqətindən danışıblar.  

Sözügedən kateqoriyadan olan vətəndaşların sosial təminatı məqsədilə bu il ərzində mənzillərin və fərdi evlərin verilməsi davam etdiriləcək.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq bu il 3 min, yaxın 5 ildə isə 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlərlə təmin ediləcək.

CANLI YAYIM