“Hərbiyyə -101” düşərgəsi başa çatıb

“Hərbiyyə -101” düşərgəsi başa çatıb

11 Sentyabr, 15:02 Sosial mediada paylaşın:

“Hərbiyyə -101” hərbi vətənpərvərlik düşərgəsinin bağlanış mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, tədbirdə birlik komandiri, general-mayor Mayis Bərxudarov, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, “ASAN Könüllüləri” Təşkilatının sədri Səbinə Cabbarova və digər qonaqlar iştirak ediblər.

Mərasimdə düşərgə müddətində komandalar arasında keçirilən yarışların nəticələrinə uyğun olaraq mükafatlandırma mərasimi keçirilib.

Sonda xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, sentyabrın 5-dən 10-dək keçirilən və Bakı şəhərinin işğaldan azad olunmasının 101 illiyinə həsr edilmiş düşərgə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin media tərəfdaşlığı ilə "ASAN xidmət", Müdafiə Nazirliyi, "ASAN Könüllüləri" Təşkilatının birgə təşkilatçılığı ilə ərsəyə gəlib.  

 

CANLI YAYIM