Teleradio Akademiyasında dərs başladı

Teleradio Akademiyasında dərs başladı

22 Fevral, 15:20 Sosial mediada paylaşın:

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında 22 Fevral 2021-ci il tarixindən etibarən tədris prosesi bərpa olunub.

İlk məşğələnin başlanmasından öncə QSC sədri Rövşən Məmmədov Akademiyanın dinləyiciləri ilə görüşüb, onlara uğurlar arzulayıb və tədrisin keyfiyyəti, müasir dövrdə televiziya işinin xüsusiyyətləri ilə bağlı müvafiq tövsiyələrini verib.

Qeyd edək ki, 3 ay davam edəcək tədris müddətində dinləyicilərə aparıcı-müxbir, redaktor, rejissor, montaj və operator ixtisasları üzrə nəzəri və təcrübi biliklər öyrədiləcək. Kursu müvəffəqiyyətlə bitirən dinləyicilərə isə müvafiq ixtisaslar üzrə sertifikatlar təqdim olunacaq.

CANLI YAYIM