Amputasiya hallarında əlillik dərəcələri necə təyin olunur?

Amputasiya hallarında əlillik dərəcələri necə təyin olunur?

19 Fevral, 12:10 Sosial mediada paylaşın:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi amputasiya hallarında hansı əlillik dərəcələrinin təyin olunması ilə bağlı məlumat yayıb.

Məlumatda bildirilir:

- iki ətrafın güdülü -“ətraflar” dedikdə ayaqlar və qollar, güdül dedikdə “amputasiya edilmiş, travmatik qopan hissə” başa düşülür;

- iki əlin hər birində baş barmaq daxil olmaqla üç barmağın olmaması və ya barmaqların funksional yararsız vəziyyətdə olması;

- iki əlin baş barmaq istisna olmaqla dörd barmağının olmaması və ya barmaqların funksional yararsız vəziyyətdə olması;

- hər iki əlin bilək oynağından amputasiyası zamanı I dərəcə əlillik müddətsiz təyin edilir.

II dərəcə əlillik isə:

- bir budun güdülü;

- bir əlin güdülü zamanı təyin olunur.

- Bir əldə üç barmağın olmaması, funksional yararsız vəziyyətdə olması;

- birinci və ikinci barmaqların müvafiq daraq sümükləri ilə birgə olmaması, hər iki əldə baş barmaqların və ya digər iki barmağın olmaması;

- baldırın güdülü, pəncənin amputasiyası, hər iki pəncənin amputasiyası zamanı III dərəcə əlillik müddətsiz təyin edilir.

CANLI YAYIM