102 tələbə prezident təqaüdünə layiq görülüb

11 Sentyabr, 11:27 Sosial mediada paylaşın:

Dövlət başçısının Sərəncamı ilə 2019/2020-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərən və Azərbaycanın ali məktəblərinə daxil olan 102 tələbəyə prezident təqaüdü veriləcək. Yeni dərs ilinin başlanmasına az bir müddət qaldıqca tələbə adını qazan gənclərin də həyacanı artır. Çünki onlar ilk dəfə ali təhsil ocaqlarına üz tutucaq və öz karyeralarını müəyyən edəcəklər. Hər il olduğu kimi bu dəfə də ali məktəblərə qəbul zamanı yüksək nəticə göstərənlərin sayı çox idi. Dövlət başçısının müvafiq Sərəncamı əsasında 102 tələbəyə qəbulu imtahanlarında ən yüksək nəticə göstərdiklərinə görə prezident təqaüdü veriləcək. Prezident təqaüdünə layiq görülənlər arasında paytaxtla yanaşı, müxtəlif regionlarda təhsil alan gənclər də çoxluq təşkil edir.

Dövlət başçısının “Azərbaycanın ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” fərmana edilən dəyişikliyə əsasən, ölkəmizdə təhsil sahəsində ən yüksək nəticələr əldə edən tələbələrə dövlət qayğısını gücləndirmək məqsədilə Prezident təqaüdünün məbləği 185 manatdan 210 manata qaldırılıb.