Kür çayı üzərində yeni avtomobil körpüsü inşa edilib

Kür çayı üzərində yeni avtomobil körpüsü inşa edilib

15 Fevral, 12:40 Sosial mediada paylaşın:

Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun 50-ci kilometrliyində Kür çayı üzərində yeni avtomobil körpüsü inşa edilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, körpü 4 aşırımlı olmaqla uzunluğu 175,4 metrdir.

Respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yolu Ucar şəhərinin girişindən başlayaraq, 70 km sonra Ağcəbədi şəhərinin cənubunda R18 Mingəcevir-Bəhrəmtəpə avtomobil yoluna birləşir. Yolun yenidən qurulması layihəsi üzrə mövcud yol oxu saxlanılmaqla yolun 3-cü texniki dərəcəli yol parametrlərindən 2-ci texniki dərəcəli yol parametrlərinə təkmilləşdirilməsi işləri aparılıb.

Layihə çərçivəsində ümumilikdə uzunluqları 20 m-dən 175 m-ə qədər dəyişən 1-4 aşırımlı 7 avtomobil körpüsü inşa edilib.

Layihə çərçivəsində 9 yeraltı keçid, 26 düzbucaqlı su keçidi, müxtəlif diametrlərə malik 74 suötürücü boru və 30 avtobus dayanacağı da hazırlanıb.

CANLI YAYIM