Azərbaycan Prezidenti Türkiyə Prezidentinə başsağlığı verib

Azərbaycan Prezidenti Türkiyə Prezidentinə başsağlığı verib

14 Fevral, 13:12 Sosial mediada paylaşın:

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib.

Dövlətimizin başçısı xain terror aktı nəticəsində Türkiyə vətəndaşları olan 13 günahsız mülki şəxsin qəddarcasına qətlə yetirilməsi xəbərinin bizi olduqca sarsıtdığını bildirib: “Biz dinc insanlara qarşı yönəlmiş bu dəhşətli terror əməlindən hədsiz dərəcədə hiddətlənir, terrorizmin bütün təzahürlərini qətiyyətlə pisləyirik”, - deyə dövlətimizin başçısı qeyd edib.

Prezident İlham Əliyev bu faciə ilə əlaqədar Prezident Rəcəb Tayyib Ərdoğana, qətlə yetirilənlərin ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib.

CANLI YAYIM