Azərbaycan Televiziyasının 65 illiyi münasibətilə yeni musiqili klip çəkilib

Azərbaycan Televiziyasının 65 illiyi münasibətilə yeni musiqili klip çəkilib

13 Fevral, 16:47 Sosial mediada paylaşın:

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində televiziyanın 65 illiyi münasibətilə hazırlanan layihələrin, bayram proqramlarının sırasına yeni -  "65 il bərabərik" musiqili klipi də əlavə olunub.

Gənc və yaşlı nəsil tanınmış simaların yer aldığı klipin ideyası televiziyanın bədii rəhbəri Ranar Musayevə məxsusdur. Klip AzTV-nin İmic qrupu tərəfindən hazırlanıb.
Klipin rejissor və quruluşçu operatoru Elvin Əhmədoğludur.

Klipdəki instrumental ifa isə “Merry Band” qrupuna məxsusdur.

Klip bu gün Azərbaycan Televiziyasında yayımlanıb.

CANLI YAYIM