Ağdam rayonunun Mollalar kəndi

Ağdam rayonunun Mollalar kəndi

9 Fevral, 10:20 Sosial mediada paylaşın:

Azərbaycan Müdafiə Nazirliyi Ağdam rayonunun işğaldan azad edilmiş Mollalar kəndinin videogörüntülərini yayıb.

Xatırladaq ki, Mollalar kəndi 1993-cü il iyunun 15-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu.

İkinci Qarabağ müharibəsində ordumuzun şanlı qələbəsindən sonra Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən ötən il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Ağdam rayonu noyabrın 20-də Azərbaycana təhvil verilib.

CANLI YAYIM