Aşura günü ilə əlaqədar könüllü qanvermə aksiyaları davam edir

10 Sentyabr, 13:16 Sosial mediada paylaşın:

Aşura günü ilə əlaqədar Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsi tərəfindən irsi qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə könüllü qanvermə aksiyaları keçirilir.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, saat 12:00 qədər respublikanın 25 şəhər və rayonu üzrə 33 xəstəxana və məscidlərdə keçirilən qanvermə aksiyalarında 3 510 nəfər könüllü olaraq qan verib. Həmin şəxslərdən 1579,5 litr qan tədarük olunub. Götürülmüş qanlar Mərkəzi Qan Bankına göndərilir.

Qan vermək üçün gələn insanların sayı durmadan artır.