Nizami Gəncəvinin Pekindəki büstünün müəllifi “Dostluq” ordeni ilə təltif edilib

Nizami Gəncəvinin Pekindəki büstünün müəllifi “Dostluq” ordeni ilə təltif edilib

5 Fevral, 14:30 Sosial mediada paylaşın:

Prezident İlham Əliyev Yüen Sikunun “Dostluq” ordeni ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, o, Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə bu ordenə layiq görülüb.

Məlumat üçün bildirək ki, Yüen Sikun məşhur çinli rəssam və heykəltəraşdır. O, 2012-ci ildə Nizami Gəncəviyə Pekində qoyulmuş büstün müəllifidir.

Qeyd edək ki, Prezident İlham Əliyev 2021-ci ili Azərbaycanda “Nizami Gəncəvi İli” elan edib.

CANLI YAYIM