İki futbolçumuz Macarıstanla oyunu buraxacaq

İki futbolçumuz Macarıstanla oyunu buraxacaq

10 Sentyabr, 00:03 Sosial mediada paylaşın:

Avropa çempionatının seçmə mərhələsi çərçivəsində "Bakcell Arena"da keçirilən Azərbaycan-Xorvatiya oyununda iki futbolçumuz cəzalı duruma düşüb.

Millimizin üzvləri Anton Krivotsyuk və Dmitri Nazarov sarı vərəqə alaraq, limiti doldurublar.

Hər iki futbolçu oktyabrın 13-də Macarıstanda keçiriləcək səfər oyununu buraxacaq.

Qeyd edək ki, sentyabrın 9-da Bakıda təşkil olunan Azərbaycan-Xorvatiya oyunu heç-heçə yekunlaşıb - 1:1.

CANLI YAYIM