Prezident İlham Əliyev Gürcüstanın yeni Baş Nazirini təbrik etdi

9 Sentyabr, 23:01 Sosial mediada paylaşın:

Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın yeni Baş Naziri Giorgi Qaxariyaya təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:

Hörmətli cənab Baş Nazir, Gürcüstanın Baş Naziri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan ilə Gürcüstanı tarixən təşəkkül tapmış dostluq və mehriban qonşuluq əlaqələri birləşdirir. İnanıram ki, bu xoş ənənələrə əsaslanan dövlətlərarası münasibətlərimiz və strateji tərəfdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Sizə ən xoş arzularımı yetirir, dost Gürcüstan xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 sentyabr 2019-cu il.