Futbol üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində “Bakcell Arena”da keçirilən Azərbaycan-Xorvatiya oyununda qalib müəyyənləşməyib.
Matçın 11-ci dəqiqəsində yığmamızın qapısına təyin olunmuş 11 metrlik cərimə zərbəsini Luka Modriç dəqiq yerinə yetirib. Oyunun 72-ci dəqiqəsində millimizin üzvü Təmkin Xəlilzadə baxımlı qola imza ataraq hesaba tarazlıq gətirib. Komandaların səylərinə baxmayaraq oyunun sonunadək hesab dəyişməyib -1:1. Komandamız Avropa çempionatının seçmə mərhələsində ilk xalını qazanıb.
Bu komandalar arasında Xorvatiyada baş tutan görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatmışdı.