Ermənistanda faşizmin qəhrəmanlaşdırılması: Los-Ancelesdə Qaregin Njde ilə bağlı film çəkildi

Ermənistanda faşizmin qəhrəmanlaşdırılması: Los-Ancelesdə Qaregin Njde ilə bağlı film çəkildi

3 Fevral, 11:30 Sosial mediada paylaşın:

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğu tərəfindən İkinci Dünya müharibəsi illərində Hitler Almaniyası ilə əməkdaşlıq etmiş erməni əsilli faşist Qaregin Njde və bu gün Ermənistanda faşizmin qəhrəmanlaşdırılması siyasəti haqqında ingilis dilində qısa film hazırlanıb.

Baş konsulluqdan bildiriblər ki, filmdə bu yaxınlarda ABŞ-ın nüfuzlu yəhudi qəzeti olan “Forward” tərəfindən dünyanın müxtəlif yerlərində hələ də mövcud olan, vaxtilə faşist Almaniyası ilə əməkdaşlıq etmiş, Holokost zamanı yəhudilərin öldürülməsində iştirak etmiş və ya bu prosesə kömək göstərmiş şəxslərə qoyulan abidələrlə bağlı ilk dəfə geniş araşdırma aparıldığı qeyd olunur. Diqqətə çatdırılır ki, “Forward” qəzetinin araşdırmasına görə, həmin faşist abidələrindən 22-si hazırda Ermənistandadır və onların hamısı Qaregin Njdeyə həsr olunub.

Hazırda Ermənistanın faşist abidələrinin sayına görə dünyada ən öndəgedən dövlətlərdən olduğu və hazırda bu ölkədə Qaregin Njdeyə həsr edilmiş memorialların, heykəllərin, küçələrin, kənd və meydanların mövcudluğu diqqətə çatdırılır. Vurğulanır ki, 1942-ci ildə faşist Almaniyası tərəfindən yaradılmış Vermaxtın erməni legionuna rəhbərlik etmiş Qaregin Njde hələ də Ermənistan və onun diasporu tərəfindən milli qəhrəman hesab olunur. Həmin erməni legionunun Krım, Polşa, Fransa və Qafqazda Almaniya üçün döyüşdüyü, həmin ərazilərdəki yəhudiləri toplayaraq ölüm düşərgələrinə göndərdiyi bildirilir.

Faşist Almaniyası ilə əməkdaşlığına görə 25 il həbs cəzasına məhkum edilmiş Qaregin Njdeyə 2016-cı ildə Yerevan şəhərində prezident S.Sarkisyan və Ermənistanın digər rəsmilərinin iştirakı ilə heykəl ucaldıldığı diqqətə çatdırılır. Həmçinin vurğulanır ki, Yerevanda Njdenin adını daşıyan meydan və metro stansiyası mövcuddur, dövlət sifarişi ilə bu faşist cəlladını qəhrəmanlaşdıran filmlər çəkilir. Anti-Difamasiya Liqasının sorğusuna istinad edilərək, Ermənistanın antisemitizm səviyyəsinə görə Avropada ikinci yeri tutduğu filmdə qeyd olunur. Qaregin Njdenin radikal Erməni İnqilabçı Federasiyasının (Daşnaktsutyun) rəhbərlərindən olduğu və 1933-cü ildə ABŞ-ın Boston şəhərində irqçi daşnak hərəkatı olan Tseğakronizmi təsis etdiyi bildirilir. Vurğulanır ki, bu hərəkat nasistlərin ari irqinin üstünlüyü nəzəriyyələrini əks etdirir. Qeyd olunur ki, o zaman Hitler və Holokostu dəstəkləyən daşnaklar ABŞ-da bu gün də fəaldırlar. Daşnakların lobbiçi qanadı olan ANCA təşkilatı hazırda ABŞ Konqresində əsas erməni lobbi təşkilatıdır.

CANLI YAYIM