Hakimliyə namizədlərin test imtahanı keçiriləcək

Hakimliyə namizədlərin test imtahanı keçiriləcək

9 Sentyabr, 21:06 Sosial mediada paylaşın:

Sentyabrın 15-də Dövlət İmtahan Mərkəzinin binasında (Bakı şəhəri, Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi 28) hakimliyə namizədlərlə test imtahanı keçiriləcək.

Hakimlərin Seçki Komitəsindən bildirilib ki, imtahanda sentyabr ayının 12-dək sənədlərini Hakimlərin Seçki Komitəsinə təqdim edən namizədlər iştirak etməlidirlər. Sentyabrın 13-dən həmin namizədlər tərəfindən “İmtahana buraxılış vərəqəsi” Hakimlərin Seçki Komitəsindən şəxsiyyət vəsiqəsini təqdim etməklə alınmalıdır.

İmtahan binasına saat 09:00-dan gec olmayaraq gəlmək, şəxsiyyət vəsiqəsini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq təqdim etmək lazımdır. Əks təqdirdə namizəd imtahana buraxılmayacaq.

Əlaqə telefonları: (012) 510-22-97; (012) 510-21-62

CANLI YAYIM