Azərbaycan Televiziyası media təmsilçiləri arasında birinci oldu

Azərbaycan Televiziyası media təmsilçiləri arasında birinci oldu

9 Sentyabr, 18:05 Sosial mediada paylaşın:

Bu gün İlk “DOST” mərkəzinin fəaliyyətə başlamasının 100 günlüyünə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə “DOST kuboku” uğrunda turnir keçirilib.

İştirakçılar müxtəlif dövlət qurumları, banklar, KİV-lər, QHT-lər, könüllü təşkilatlarının üzvlərindən, həmçinin pensiyaçılar və əlilliyi olan şəxslərdən ibarət komandalar olub. Turnirin məqsədi Könüllü hərəkatına dəstək, əməkdaşların və könüllü fəaliyyətə cəlb edilən şəxslərin intellektual bacarıqlarının üzə çıxarılması və asudə vaxtlarının səmərəli təşkili, pensiyaçıların və əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasıdır. Turnirdə hər birində 6 nəfər olmaqla 50-yə yaxın komanda iştirak edib.

Azərbaycan Televiziyasının əməkdaşlarından ibarət komanda media təmsilçiləri arasında ən yaxşı nəticə göstərərək, fəxri titula sahib çıxıb.

CANLI YAYIM