Ukrayna parlamentinin birinci vitse-spikeri: "Məqsədimiz Azərbaycanla tərəfdaşlığı yüksələn xətt üzrə davam etdirməkdir"

Ukrayna parlamentinin birinci vitse-spikeri: "Məqsədimiz Azərbaycanla tərəfdaşlığı yüksələn xətt üzrə davam etdirməkdir"

9 Sentyabr, 17:30 Sosial mediada paylaşın:

“Azərbaycan Ukrayna üçün tarixən həm strateji tərəfdaş, həm də qardaş və dost ölkədir. Bizim missiyamız da təbii ki, bu qardaşlığı və tərəfdaşlığı yüksələn xətt üzrə davam etdirməkdir”.

Bunu “Report”un Avropa bürosuna açıqlamasında Ukrayna Ali Radasının (parlament) yeni seçilmiş birinci vitse spikeri Ruslan Stefançuk bildirib.

O qeyd edib ki, hər iki ölkə arasında parlamentlərarası əlaqələr kifayət qədər imkan verir ki, iki dövlət arasında münasibətlərin və qarşılıqlı əməkdaşlığın intensivliyinə ciddi töhfələr versin: “Bizdə Azərbaycan parlamenti ilə işçi qrupu fəaliyyət göstərir. Ali Radanın yeni seçilmiş heyətində bu qrupun tərkibi daha da fəal olacaq”. Birinci vitse-spiker bildirib ki, Azərbaycanı yaxından tanıyır və tolerant ölkə kimi burada əslən ukraynalı vətəndaşlar üçün yaradılan imkanları təqdir edir: “Ukraynada da azərbaycanlılar çox fəaldır  və biz ölkəmizdə yaşayan azərbaycanlıların fəal rolundan mütəmadi olaraq bəhrələnirik. Məsələn, Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu təşkilatının rəhbəri Hikmət Cavadov əvvəldən bizim komandanın ən yaxın dostu olub. O, eyni zamanda azərbaycanlıların burda fəal lideridir və Ukraynanın qaynar həyatında yaxından iştirak edir. Biz yeni siyasi komanda olaraq, Ukraynadakı Azərbaycan diasporu ilə sıx əlaqələrə üstünlük verəcəyik” - deyə, R. Stefançuk vurğulayıb.

 

 

CANLI YAYIM