Prezident İlham Əliyev Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibini qəbul edib

Prezident İlham Əliyev Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibini qəbul edib

26 Yanvar, 14:35 Sosial mediada paylaşın:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 26-da Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan Batist Lömuanı qəbul edib.

Dövlət katibi Jan Batist Lömuan dörd il əvvəl Azərbaycana səfərini və Bakıda Fransız-Azərbaycan Universiteti - UFAZ-ın yeni tədris binasının açılışında iştirakını məmnunluqla xatırladıb.

Söhbət zamanı regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb, Azərbaycan-Fransa əlaqələrinin gündəliyinə toxunulub.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

CANLI YAYIM