Azərbaycan hasilatı azaltmaqla bağlı götürdüyü öhdəliyi yerinə yetirir

Azərbaycan hasilatı azaltmaqla bağlı götürdüyü öhdəliyi yerinə yetirir

9 Sentyabr, 13:04 Sosial mediada paylaşın:

Respublikada avqust ayı üzrə sutkalıq neft istehsalı 749 min barrel olub.

Energetika Nazirliyindən bildirilib ki, bunun 686 min barrelini xam neft, 63 min barrelini kondensat təşkil edib. Gündəlik 501 min barrel xam neft, 59 min barrel kondensat, 4,5 min barrel isə neft məhsulları ixrac edilib.

Gündəlik neft hasilatının 776 min barrel həcmində saxlanılmasına dair razılaşma çərçivəsində Azərbaycan hasilatı sutkada 20 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi tam yerinə yetirib. Qeyd edək ki, cari ilin yanvar-avqust aylarında orta gündəlik neft hasilatı 769 min barrel olub.

Energetika Nazirliyi avqust ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.

Xatırladaq ki, ötən ilin dekabrın 7-də “OPEC plus” üzrə neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı imzalanmış “Əməkdaşlıq Bəyannaməsi”nin müddəti bu ilin iyulun 1-dən 2020-ci ilin ilk rübünün sonunadək uzadılıb.

CANLI YAYIM