Azərbaycan xalqı 20 Yanvar faciəsinin qurbanlarını 20 Yanvar meydanındakı abidə kompleksini ziyarət etməklə anıblar.
Paytaxt ictimaiyyətinin nümayəndələri faciənin 31-cu ildönümü ilə əlaqədar Yasamal rayonundakı abidə kompleksinin önünə əklil qoyub, gül düzüb, şəhidlərin xatirəsini ehtiramla yad ediblər.