Ölkəmiz üçüncü dəfə “Worldfood 2019” sərgisində tərəfdaş ölkə kimi iştirak edəcək

Ölkəmiz üçüncü dəfə “Worldfood 2019” sərgisində tərəfdaş ölkə kimi iştirak edəcək

9 Sentyabr, 11:46 Sosial mediada paylaşın:

“Made in Azerbaijan” brendinin təşviqi, yerli məhsulların ixracının genişləndirilməsi, istehsalın stimullaşdırılması məqsədilə ölkəmiz daha bir beynəlxalq sərgidə təmsil olunacaq. Azərbaycan məhsulları sentyabrın 24-27-də Moskvada “Worldfood 2019” beynəlxalq ərzaq sərgisində nümayiş olunacaq. Ölkəmiz üçüncü dəfə “Worldfood 2019” sərgisində tərəfdaş ölkə kimi iştirak edəcək. Sərgidə müsabiqə yolu ilə müəyyənləşən 33 şirkət məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirəcək. Ümumi sahəsi 415 kvadratmetr olan stenddə qida sənayesi, həmçinin şərab və digər spirtli içki məhsulları sərgi ziyarətçilərinə təqdim ediləcək

CANLI YAYIM