Tapqaraqoyunluda müasir elektrik şəbəkəsi qurulur

9 Sentyabr, 11:37 Sosial mediada paylaşın:

Vətəndaşların rahat və firavan yaşayışının təmini dövlətin pioritet məsələlərindədir. Bu məqsədlə xüsusilə cəbhəyanı ərazidə yerləşən məntəqələrdə daim sosial infrastruktur layihələr həyata keçirilir. Goranboyun düşmənlə təmas xəttində yerləşən Tapqaraqoyunlu kəndində hazırda elektrik enerjisi yenidən qurulur. Kəndin 419 abonenti, gələn aydan etibarən dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunacaqlar.

Kəndin elektrik şəbəkəsi 1950-ci illərdə  qurulub. O vaxtdan elektrik təsərrüfatında əsaslı təmir aparılmadığından elektrik enerjisinin verilməsində tez-tez  fasilələr yaranırdı. Kənddə müasir elektrik şəbəkəsinin qurulması ilə bu problemlər aradan qaldırılacaq. Hazırda bu məqsədlə  0.4 və 10 kilovatlıq xətlər tamamilə yenilənir, 14 min 700 metr məsafədə açıq naqillər sip kabellərlə əvəvlənir, 14 transfomator məntəqəsi qurulur, qəzalı və istismar müddətini başa vuran dayaqlar dəmir-beton dayaqlarla əvəzlənir.

Düşmən postları ilə hava məsafəsində 300 metrdə yerləşən Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin elektrik təsərrüfatının yenilənməsi, təxminən 3 minə yaxın sakinin payıq-qış mövsümündə elektrik enerjisinə olunan tələbatının yaxşılaşdırılmasına hesablanıb.

 Artıq transformatorlar qoyulub, xəttlər çəkilib. Buda kənd camaatını sevindirir, ruhlandırır. Aparılan işlərdən belə görünür ki, artıq Tapqaraqoyunlu kənd sakinləri bu qışı elektrik sarıdan əziyyət çəkməyəcəklər  

Kənddə elektrik enerjisinin yenidən qurulması işləri yekunlaşandan sonra yeni mexaniki sayğaclar quraşdırılacaq.  Bununla da təmas xəttində yerləşən yaşayış məntəqlərindən biri olan Tapqaraqoyunlunun 419 abonenti gələn aydan etibarən dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunacaq.